Qadin.NET / Avropadakı anomal istilərin səbəbi məlum oldu

Avropadakı anomal istilərin səbəbi məlum oldu

Avropadakı anomal istilərin səbəbi məlum oldu


Son günlər Avropada müşahidə olunan anomal istilərin səbəbi alimlərin tədqiqat mövzusuna çevrilib.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, "Nature" jurnalı yazır ki, elm adamları aşırı istilərin səbəbini insan amilində görürlər. Belə ki, 2010-cu ildən başlayaraq 6 istilik dalğasını analiz edən alimlər qərara gəliblər ki, iqlim dəyişikliyinə insan faktorunun təsiri böyükdür.

Onlar müəyyənləşdiriblər ki, temperaturun 40 dərəcəni ötdüyü Fransa və Hollandiyada ekstremal istilik ehtimalı yüz il ərzində on dəfə artıb. Almaniya və Böyük Britaniyada isə bu ehtimal minimum beş dəfə yüksəlib.

Ümumilikdə Avropa ərazisində qlobal iqlim dəyişikliyi başlayandan indiyə qədər temperatur orta hesabla 1,5-3 dərəcə artıb.

Alimlər yazır ki, sonuncu istilik dalğası Qrenlandiyaya qədər çatıb və orada buzların sürətli əriməsinə səbəb olub

5 avqust 2019
GO BACK