Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, imtahanlarda iştirak edən Günel Həmidova 52 bal toplayaraq namizədlər arasında ən yüksək nəticə göstərib. Günel Həmidova Qubadlı rayonu Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimidir.
Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.
DövlУ™t ümumi tУ™hsil müУ™ssisУ™lУ™rinin direktoru vУ™zifУ™sinУ™ keçid balı namizədlУ™rin test imtahanında göstУ™rdiyi nУ™ticУ™lУ™r vУ™ vakansiyaların sayı nУ™zУ™rУ™ alınmaqla müУ™yyУ™n ediləcək.