Müğənni Hadisə gecə saatlarında menecerinin ofisindən çıxarkən görüntülənib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, makiyajsız halıyla obyektivlərə tuş gələn sənətçi döymələri ilə diqqət çəkib.
İfaçı makiyajsız olduğu üçün əvvəlcə jurnalistləri aldadıb, onlara arxa qapıdan çıxıb getdiyini deyib. Amma media nümayəndələri ona inanmayıb, gözləməyə davam edib.
Hadisə bədəninin müxtəlif yerlərinə döymələr etdirib. O, sol qolunun içinə "play" işarəsi və "music" tatusu çəkdirib. Dirsəyində isə mənasını açıqlamadığı rum rəqəmləri ilə 27 Dekabr 2008 yazılıb.
Boynuna isə "Kendi kanatlarıyla uçan kız", çiyninə "Bana yön verilmez, ben veririm", belində Tibet dilində "Zor durumdakilerle gönül birliği yapan iyi kalpli insan" sözləri yer alıb.