Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar. Astronomların sözlərinə görə, "Perseid" meteor axını gecə səmasını bəzəyəcək.
Qadin.Net xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Milli.Az-a bildiriblər ki, bu səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.
NASA meteor mütəxəssisi Bill Kuk bildirib ki, kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda "düşən ulduz" kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.
Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.