Filip Mayerin "Amerikansayağı paslanma" romanı "Showtime" telekanalın çəkdiyi serialın ssenarisini təşkil edəcək. Baş rolu Ceff Deniels canlandıracaq.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, serialda cərəyan edən hadisələr ABŞ-ın Pensilvaniya ştatındakı paslanmış ərazidə baş verir. Burada 1970-ci ildən polad tökmə və ağır sənaye zavodları fəaliyyət göstərirdi.
Filmdə C.Deniels baş rolun ifaçısı Del Xarris adlı polis rəisini canlandıracaqr. Serialın ssenari müəllifi və icraçı prodüseri Den Futtermandır.
Qeyd edək ki, 2017-ci ildə "USA Network" telekanalı həmin romanı ekranlaşdırmaq istəsə də filmdə baş rolu oynaya biləcək aktyor tapa bilmir. Sonradan isə telekanal bu niyyətindən əl çəkməli olur.