Qadin.NET / Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?

Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?

Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?


2019-cu ilin iyun ayında Azərbaycandan qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları), Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib.

Qadin.Net bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən trend-ə verilən məlumata görə, 2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub.

Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2019-cu ilin iyun ayında ümumilikdə qeyri-neft sektoru üzrə ixrac 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon ABŞ dolları və ya 7 faiz artıb

2 avqust 2019
GO BACK