Aktrisa Nurgül Yeşilçay yeni film üçün kamera qarşısına keçib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, Selçuk Aydemirin 2015-də çıxan və uzun müddət çox satılanlar sırasında yer alan kitabı "Mahalleden Arkadaşlar"la eyni adı daşıyan filmində çəkilir.
Yeşilçay 1990-cı illərin məhəllə xalalarının obrazını canlandıracaq. Nurgülün tərəf müqabili Alper Kulundur.
Roluna görə Anadolu qadını imicinə girən aktrisa dekorativ vasitələrlə kökəldilib, saçı isə 90-cı illərin dəbinə uyğun düzəldilib.