Məşhur aktyor Əhməd Kuraldan qalmaqallı şəkildə ayrılan müğənni Sıla aylar sonra aşpazla sevgili olduğunu dilə gətirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müğənni bir neçə ay əvvəl bloger Sına Kasimoğlunun dəvəti ilə Bakıya gələn aşpaz Hazer Armani ilə eşq yaşadığını etiraf edib.
O, jurnalistin “Qəlbiniz doludur” sualına “Qəlbim hər zaman doludur. Kefim çox yerindədir. Özümü heç bu qədər rahat hiss etməmişəm. Gözəl bir şey yaşayıram" cavabını verib.
Xatırladaq ki, cütlük bir neçə ay əvvəl avtomobilin arxa oturacağında qucaqlaşmış vəziyyətdə görüntülənmişdi. Lakin aşpaz bu iddiaları təkzib etmişdi.