Qadin.NET / Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO

Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO

Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO


Londonun Yüksək Ədalət Məhkəməsində Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum və bu yay onu tərk edən altıncı həyat yoldaşı Şahzadə Həyya bint Əl-Hüseynin boşanma məhkəməsinə start verilib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, dinləmələr məhkəmənin ailə palatasında keçirilir.

Mənbənin məlumatına görə, şahzadə qaçandan sonra ilk dəfə üzə çıxıb və prosesdə şəxsən iştirak edib.

Hər iki tərəf məhkəməyə boşanma və iki övladlarının qəyyumluğu haqqı ilə bağlı iddia irəli sürüb.

Şahzadə boşandıqdan sonra şiddət və təcavüzdən qorunmaq üçün xüsusi təminat da tələb edir.

Qeyd edək ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Avropaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb. Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb.

Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO

Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO


30 iyul 2019
GO BACK