Rusiyalı müğənni Jasminin biznesmen həyat yoldaşı İlan Şor beynəlxalq axtarışa verilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu haqda Moldavanın Daxili İşlər nazirliyindən bildirilib. Biznesmen haqda indiyədək ölkəni qeyri-qanunu tərk etməsi ilə bağlı iş açılmışdı.
Qeyd edək ki, İlan Şor 2017-ci ildə Moldaviyada üç bankdan 700 milyon dollar oğurlamaqda təqsirli bilinərək 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Məhkəmə ona ölkəsini tərk etmək qadağası qoysa da, biznesmen buna əməl etməyib.