Qadin.NET / “WhatsApp”da YENİLİK!

“WhatsApp”da YENİLİK!

“WhatsApp”da YENİLİK!


WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər. Mütəxəssislər indi messencerin “iOS” platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, “WhatsApp” messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq. Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin “Android” platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.

Bundan başqa, indi “WhatsApp” komandası “push” bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi imkanı üzərində işləyir

30 iyul 2019
GO BACK