Dünyanın ən ağıllı iti olaraq bilinən Çeyzer adlı "Border-kolli" cinsinə aid olan it 15 yaşında ölüb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, itin sahibi keçmiş psixiatr Con Pilli onu 2004-cü ildə alıb. O, itin əhlilləşdirilməsi ilə bağlı xüsusi metoddan istifadə edib. Belə ki, Pilli 3 il ərzində hər gün 5 saat itlə məşğul olub. O heyvana müxtəlif əşyaları göstərib, onların adını dəfələrlə təkrar edib. Daha sonra həmin əşyaları gizlədərək onların adını çəkərək itin tapmasını tələb edib. Pilli təlim üçün 800 yumşaq oyuncaq, 116 şar, müxtəlif plastik əşyalardan istifadə edib. Nəticədə Çeyzer 1022 söz öyrənib.
Qeyd edək ki, itin sahibi ötən il 89 yaşında vəfat edib.