Britaniya şahzadəsi Şahzadə Harri və həyat yoldaşı Meqan Markl qonşularına qoyduğu qadağalarla yenidən gündəmdədir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, iddiaya görə, cütlük hazırladıqları qadağalar siyahısını qonşularına göndərib.
Siyahıda yer alan maddələrdən ən maraqlısı oğulları Arçi ilə bağlıdır. Cütlük qonşularına uşağı görməməyi tövsiyə edir. Digər bir maddəyə görə, sahzadə və xanımı onlara salam vermədiyi təqdirdə qonşuların onlarla danışmağa çalışması qadağandır.
Qadağaların ən maraqlısı isə cütlüyün ötən il aldıqları labrador cinsindən olan itlə bağlıdır. Qonşular itə yaxınlaşa bilməzlər.
Siyahı ölkədə ciddi narazılığa səbəb olub. Qonşular isə "Biz Kraliçadan belə hərəkət görməmişik. O insanlarla ünsiyyətdə olmağı sevir, salamlaşır, hətta çox vaxt evində çaya dəvət edirdi" deyə etirazlarını bildiriblər