Qadin.NET / Monika Belluçidən YENİ FOTO

Monika Belluçidən YENİ FOTO

Monika Belluçidən YENİ FOTO


54 yaşlı kino ulduzu Monika Beluççinin kupalnikdə şəkilləri yayılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisa bu yaxınlarda “Madame Figaro” fransız jurnalı üçün kamera qarşısına keçib. Hovuz kənarında effektli pozalar verən məşhur müsahibəsində şəxsi həyatı barədə müəyyən məqamlara aydınlıq gətirib. O, etiraf edib ki, keçmiş həyat yoldaşı Vensan Kassellə boşanması onu dərindən sarsıdıb:

“Bu, mənim qərarım idi, lakin kimdənsə ayrılmaq o demək deyil ki, onu daha sevmirsən. Bu, o deməkdir ki, daha birlikdə davam edə bilmirsən”.

Bu zamana qədər üzündə heç bir plastik əməliyyat etdirməyən Monika səbəbini belə izah edib:

“Yaş özü ilə bərabər qarşında yeni rollar açır. Qırışlar, gözün ətrafındakı qara halqalar imkan verir ki, ekranda yeni ampluada görünə biləsən. “Hər kəsin bir səbəbi vardır” sözləri devizimdir. Plastik cərrahiyyənin xidmətlərindən istifadə edən insanları mühakimə etmirəm. Nə zamansa üzümü dartdıracağımı bilmirəm. Bəzən belə prosedurların əla nəticələrini görürəm və düşünürəm ki, niyə də yox”.

Xatırladaq ki, Monika Beluççi aktyor Vensan Kassellə 12 il evli olub. Onların bu nikahından 2 qızı var. Vensan Kassel hazırda Tina Kunaki adlı qaradərili gənc modellə evlidir. Onun bu nikahından daha bir qızı var.

Monika Belluçidən YENİ FOTO

Monika Belluçidən YENİ FOTO

Monika Belluçidən YENİ FOTO


29 iyul 2019
GO BACK