Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı bir saatlıq təqdimat üçün 40 min lirə tələb edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Şeyma Subaşı yeni çıxan və ən çox satılanlar siyahısında liderlik edən “Sadəcə Şeyma” kitabı ilə yenidən gündəmdədir. Məlum olub ki, instaqram ulduzu bir neçə gün əvvəl kitabı üçün ticarət mərkəzlərindən birində imza günü keçirib. İddia olunur ki, Şeyma Subaşı imza günü təşkil etmək istəyən digər ticarət mərkəzlərindən şok tələblər irəli sürüb. O, imza günü üçün ticarət mərkəzlərindən 40 min TL, VİP avtomobil və kulis istəyib. Ən maraqlısı odur ki, Şeyma imza gününün 1 saatdan çox davam etməsini istəmir.