"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının başlanması məsələsinə münasibət bildirib.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, C.Qurbanov qeyd edib ki, sərnişindaşınmaya başlanması təkcə Azərbaycandan asılı deyil. Amma Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazır olduğunu da vurğulayıb.
C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. O qeyd edib ki, Gürcüstan və Türkiyə tərəfləri bu xəttlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra sərnişin daşımalarına başlanılacaq