Keçmiş Türkiyə gözəli, aktrisa Rüveyda Öksüz ilə müğənni sevgilisi Gökhan Keser bir müddət əvvəl münasibətlərinə son qoyduqlarını açıqlamışdı.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, daha əvvəl də bir dəfə ayrılıb, barışan cütlük bu dəfə birdəfəlik münasibətlərini bitiriblər.
Dostları onları nə qədər barışdırmağa çalışsalar da, Öksüz və Keser bir araya gəlməyib. Onların ayrılıq səbəbi isə sevgilərinin bitməsi olub.
Sevgililər bu dəfə birdəfəlik eşqlərinə son qoyduqlarını və düşmən yox, dost olduqlarını söyləyiblər.