Qadin.NET / Hindistanda "su pərisi" dünyaya gəldi

Hindistanda "su pərisi" dünyaya gəldi

Hindistanda "su pərisi" dünyaya gəldi


Hindistanın Uttar-Pradeş ştatının Lakximpur-Kxeri dairəsində sirenomeliya ilə uşaq doğulub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu haqda “The Times of India” nəşri bildirib.

Nəşrin məlumatına görə, yerli xəstəxanada doğuş normal keçib, amma körpə bitişik ayaqlarla dünyaya gəlib. Körpənin vəziyyəti ağır olduğundan həkimlər onu dairə xəstəxanasına aparmağı tövsiyə ediblər, amma körpə yolda həyatını itirib.

Həkimlərin sözlərinə görə, uşaq çox zəif idi və doğulduqdan bir saat sonra – hələ körpənin cinsiyyəti müəyyən edilmədən ölüb.

Qeyd edək ki, sirenomeliya və ya su pərisi sindromu adlanan genetik anomaliya körpənin aşağı ətraflarının bitişik formada olmasına deyilir. Sirenomelia sindromu ilə doğulan uşaqların ayaqları ana bətnində bitişik halda inkişaf edir. Belə olduqda uşaqların cinsiyyətini də müəyyələşdirmək olmur.

Anomaliya daxili orqanların lazımınca inkişaf etməməsinə görə uşağın ölümünə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqlar bir gündən artıq yaşamır. Su pərisi sindromu hər 100 min körpədən birində rast gəlinir.

Hindistanda "su pərisi" dünyaya gəldi


29 iyul 2019
GO BACK