Qadin.NET / İnsanlar almanı düzgün yemirlər – Alimlərin yeni tədqiqatı

İnsanlar almanı düzgün yemirlər – Alimlərin yeni tədqiqatı

İnsanlar almanı düzgün yemirlər – Alimlərin yeni tədqiqatı


Qrats Texnologiya Universitetinin (Avstriya) alimləri insanların əksəriyyətinin almanı düzgün yemədiyini müəyyən ediblər.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, almalarda insan orqanizminə, xüsusən mədə-bağırsaq sisteminə müsbət təsir göstərə biləcək çox sayda faydalı bakteriya tapılıb. Belə ki, mağazadan alınan, yaxud həyətdən yığılan almanın hər qramında tərkibində təxminən 500 min müxtəlif bakteriya olduğu müəyyənləşib.

Alimlər tədqiqatın gedişi zamanı faydalı mikroorqanizm-probiotiklərin 90 faizinin almanın özəyində olduğu qənaətinə gəliblər. Beləliklə, meyvədən bəhrələnmək üçün onu mütləq gəmirərək yemək lazımdır.

28 iyul 2019
GO BACK