Səudiyyə Ərəbistanı Həcc ziyarətinə qeyri-qanuni getməyə çalışanları həbs edəcək.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının DİN-i bəyanat yayıb.
Bu, ilk növbədə, zəvvarları Məkkə və Mədinəyə qeyri-qanuni gətirən avtobus və taksi sürücülərinə şamil edilir. Müqəssirləri 6 aya qədər həbs cəzası gözləyəcək.
Qeyd edək ki, Müqəddəs Həcc ziyarəti bu il 9-14 avqust tarixlərində olacaq