Qadin.NET / Hande Ataizi pullarını itirdi

Hande Ataizi pullarını itirdi

Hande Ataizi pullarını itirdi


Aktrisa-aparıcı Hande Ataizi xəyal qırıqlığına uğrayıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqram səhifəsində paylaşımlar etmək üçün bir reklam şirkəti ilə müqavilə bağlayıb. Amma sonradan şirkət istədiyi nəticəni ala bilmədiyini görüb. Onlar müqaviləni ləğv etmək qərarına gəliblər.

Ataizi bunun üçün qarşı tərəfdən 75 min lirə alıb. Onlar aktrisa ilə daha 5 layihə edəcəklərinə söz versələr də, geri çəkiliblər. İlk paylaşımın pulunu - 15 min lirəsini əvvəlcədən alan Ataizi 75 mini itirib.

434 min izləyicisi olan Ataizi bəyənmələrinin 6-10 min arası, şərhlərinin isə 100 olması reklamvericini qəzəbləndirib

27 iyul 2019
GO BACK