Qadin.NET / Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO


Donna Cordenin həyatı ötən ilin yanvarından ətyeyən virusa görə kabusa çevrilib. Qadın ev işləri görərkən mətbəxdə yıxılıb və alın sümüyü qırılıb. Bu durumu önəmli hesab etməyib. Lakin qızının israrı ilə xəstəxanaya aparılıb. 

Qadin.Net medicina.az-a istinadən bildirir ki, bir müddət sonra Donnanın bədəni göyərməyə, böyrəkləri isə düzgün işləməməyə başlayıb. Qadına ətyeyən virus diaqnozu qoyulub. 

Bakteriya gündən-günə 4 uşaq anasının üzünü yeməyə başlayıb. 4 gün komada qalan qadın təcili olaraq əməliyyata qaldırılıb.

11 saatlıq əməliyyatdan sonra güzgüyə baxanda özünü tanımayıb.
 
Müəyyən müddət keçdikdən sonra o, üzdəyişdirmə əməliyyatına razılıq verib. Həkimlər Donnanın üzündəki deformasiyalı nahiyəni uğurlu şəkildə çıxardıblar. Beləliklə, talesiz qadın yeni, sağlam üzünə aylar sonra qovuşub. Həkimlər qadının yaşamasının möcüzə olduğunu deyiblər.
 
Üz dəyişdirmə əməliyyatı uğurla başa çatandan sonra o, ikinci həyatını sevdiklərinin əhatəsində davam etməyə başlayıb. 47 yaşlı qadın hər şeyə görə sevdiklərinə borclu olduğunu deyib. 
 
Donna Corden: "Çox xoşbəxtəm ki, güzgüyə qorxmadan baxa bilirəm. Əməliyyatdan sonra özümə baxanda ağladım. Bu sevinc göz yaşları idi. Bədheybət görüntüdən xilas olmuşdum. İnana bilməzdim ki, adicə yıxılmadan sonra başıma bütün bunlar gələ bilər. Bu virusun bütün bədənimi yeyib-bitirməsindən qorxurdum".

 

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO

Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO


27 iyul 2019
GO BACK