Qadin.NET / Pomidor ucuzlaşdı!

Pomidor ucuzlaşdı!

Pomidor ucuzlaşdı!


Qadin.Net xəbər verir ki, bunu trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinq nəticəsində pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşdığı məlum olub:

"Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılması ilə bağlıdır. Azərbaycanda 2019-cu ildə 650 min ton pomidorun yetişdirilməsi nəzərdə tutulub. Daxili tələbatın 400 min ton olduğunu nəzərə alsaq, görərik ki, bu il üçün yetişdirilən pomidor daxili tələbatdan təxminən 50 faiz çoxdur. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Fermerlərlə apardığımız söhbətlərdən də aydın olur ki, növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir".

V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi.

26 iyul 2019
GO BACK