Müğənni Tarkan qızı Liyanın ilk ad gününü Almaniyada qeyd edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Tarkan ilə arvadı Pınar Tevetoğlu ad günü üçün külli miqdarda pul xərcləyib. Sənətçi buna görə 150 min lirəsindən keçib.
Tarkan parti üçün İstanbuldan anası, qardaş-bacıları və digər ailə üzvlərinin yer aldığı 15 nəfərin təyyarə biletini alıb. Orada qalma xərcləri də Tarkanın üstünə düşüb.
Cütlüyün Almaniyadakı yaxınlarının da qatılacağı qonaqlıqda 60 insan yer alıb.