Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil edilib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, sözügedən materiallar Şəmkirdən tapılmış saxsı qablar və Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov tərəfindən muzeyə verilən materiallar e.ə. VI-IV əsrlərə aiddir və onlar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir