Qadin.NET / Küləkli günlər nə vaxtadək davam edəcək?

Küləkli günlər nə vaxtadək davam edəcək?

Küləkli günlər nə vaxtadək davam edəcək?


İyulun 27-dən etibarən Bakıda küləyin sürəti azalacaq.
Qadin.Net bildirir ki, Bunu axşam.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.Onun sözlərinə görə, iyulun 25-i və 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək:“Havanın temperaturu gündüz saatlarında 29-33 dərəcə isti təşkil edəcək”.Nazirlik rəsmisi deyib ki, iyulun 27-28-də paytaxtda hava şəraitinin sabit və gün ərzində yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu gündüz saatlarında 31-35 dərəcə arasında dəyişəcək.Qeyd edək ki, son vaxtlar ölkə ərazisində davamlı olaraq küləkli hava şəraiti müşahidə edilir. Arabir güclənən külək bir sıra fəsadlara da yol açır.
25 iyul 2019
GO BACK