Qadin.NET / Ukraynada küçəyə Müslüm Maqomayevin adı verildi

Ukraynada küçəyə Müslüm Maqomayevin adı verildi

Ukraynada küçəyə Müslüm Maqomayevin adı verildi


Mərhum Xalq artisti Müslüm Maqomayevin adı Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə verilib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası bu gün qərar qəbul edib.

Bildirilir ki, bundan sonra Sobornı rayonundakı 8 mart küçəsi Müslüm Maqomayevin adını daşıyacaq.

Şəhərin meri Boris Filatov küçənin adının dəyişdirilməsinin azərbaycanlılara hədiyyə olduğunu vurğulayıb.

“Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara, Müslüm Maqomayevi sevən hər kəsə hədiyyədir. O, dahi idi” deyə, mer “Facebook” hesabında yazıb

25 iyul 2019
GO BACK