Qadin.NET / İnstagramda milyonlar qazanan ulduzlar-SİYAHI

İnstagramda milyonlar qazanan ulduzlar-SİYAHI

İnstagramda milyonlar qazanan ulduzlar-SİYAHI


"Hopper HQ" adlı İnstaqram analizi xidməti 2019-cu ildə İnstaqramda ən çox pul qazanan müğənnilərin siyahısını hazırlayıb.

Qadin.Net axşam.az-a istinadən həmin məşhurları təqdim edir:

Dünyaca məşhur döyüşçü Konor Makqreoqrun 31 milyon izləyicisi var, hər paylaşıma görə 169 min dollar qazanır. O, bu siyahıda 25-ci yerdədir.

Futbolçu Zlatan İbrahimoviç 22-ci pillədədir. O, 37 milyon izləyicisi ilə hər paylaşıma görə 200 min dollar qazanır.

Hindistanlı aktrisa Priyanka Çopra bir paylaşımı 271 min dollara edir. O, siyahıda 19-cu yerdə qərarlaşıb.

Devid Bekhamın 56,6 milyon izləyicisi var. Futbolçu bir postu 357 min dollara paylaşır. Eks-idmançı siyahının 17-ci pilləsindədir.

Dünya şöhrətli model Kendal Cenner siyahıda 13-cü yerdədir. O, 112,9 milyon izləyicisinə reklam paylaşımı üçün 611 min dollar tələb edir.

Müğənni Teylor Svift 748 min dollara reklam paylaşımı edir. O, dünyada İnstaqmradan ən çox qazanan məşhurlar içərisində 8-ci pillədədir.

Yeddinci yerdə Beyons qərarlaşıb. O, 128,8 milyon izləyiciyə xitab edir. Bunun üçün isə hər dəfə 785 min dollar istəyir.

İlk beşlikdə Selena Qomez var. Qomez 886 min dollar almaqla,reklam yayımlaya bilir. Onun 152,7 milyon izləyicisi var.

Kristiano Ronaldu 975 min dollar qarşılığında reklam paylaşımı edir. Fubtolçu 172,8 milyon izləyicisi ilə bu siyahıda üçüncü pillədə yerini bərkidib.

Son illərin ən parlaq ulduzu Ariana Qrande 158,4 milyon izləyicisi ilə ikinci yeri tutub. Onun bir paylaşımı 996 min dollar dəyərindədir.

Dünyanın ən gənc milyarderi olan Kayli Cenner ilk pillədədir. Onun 139,2 milyon izləyici kütləsi var. Hər paylaşım üçün qazancı 1 milyon 266 min dollardır.

24 iyul 2019
GO BACK