Türk müğənnisi Seda Sayanın corabla açıq ayaqqabı geyinməsi aparıcı Okan Bayülgenin dilinə dolanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, müğənni özünü müdafiə edərək geyindiyi corabın bir mədəniyyət göstəricisi olduğunu deyib.
"Corab Fransada yaranıb. Kral ailəsində də corab geyinmək qanundur. Mən də çox sevirəm. Corab geyindiyim üçün "Halal olun" deyən xanımlar da olub".
Okan isə "şokoladlı dondurma çəklində corab geyinib, mədəniyyət olduğunu deyir" deyə cavab verib.
Müğənni isə aparıcıya "Sən mənim topuğuma qurban ol" mahnısı ilə qarşılıq verib. O videonu paylaşaraq Okana "bu mahnı sənə ərmağan olsun" deyib.