Qadin.NET / 14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi - FOTO

14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi - FOTO

14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi - FOTO


İordaniyada aparılan qazıntıların nəticəsində dünyanın ən köhnə çörəyi ortaya çıxdı. Əkinçilikdən daha köhnə dövrlərə söykənən çörəklə birlikdə əkinçilikdən əvvəl də çörək çıxarıldığı ortaya çıxdı. Araşdırmaçılar çörəyin 14.400 illik olduğunu təyin etdi.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, arxeoloqlar Şubayqa-1 adlı bir qazıntı sahəsində çox maraqlı bir kəşf etdi. Aparılan qazıntı nəticəsində yalnız dünyanın ən köhnə çörəyi tapılmadı. Bu çörəyin əkinçilik erasından əvvəl dövrlərə aid olduğu da müəyyən edildi.

Kopenhagen Universitetindən arxeoloq Tobias Rixterin rəhbərliyi altında olan araşdırmaçı qrup, Şubayqa-1 adlı qazıntı sahəsində bir çox yemək qalığına çatdı. Çatılan yemək qalıqları arasından 14.400 illik bir çörək də ortaya çıxdı. Bu da başqa bir sözlə çörəyin əkinçilikdən 4.000 il əvvəl də bişirildiyi mənasını verir.

Araşdırmaçı qrup, insanların cütçülüyə başlamadan əvvəl çörək bişirdiklərini, bəlkə də bunun ardından əkinçiliyə başlamış ola biləcəklərini ifadə etdi. Əkinçiliyə başladıqdan sonra da buğda, düyü, çovdar, yulaf, arpa, qarğıdalı kimi dənli bitkilər daha çox istifadə edildi.

14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi - FOTO

14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi - FOTO


24 iyul 2019
GO BACK