Dərisinə görə lağa qoyulan Yuliana Yussef indi dünyanın məşhur modelidir.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, anası ukraynalı, atası livanlı olan Yulianna doğulandan dərisinin rəngi qarışıq olub. Belə ki, ağ dərili olan qızın bədəninin böyük hissəsində qara ləkələr olub. Yussef uşaqlıqdan bu fərqliliyinə görə, lağa qoyularaq, təhqir edilirdi.
Sinif yoldaşlarının valideynləri isə bunu keçici xəstəlik sayaraq, uşaqlarına Yuliyayla oynamağa icazə vermirdilər. Təklənən uşaq getdikcə cəmiyyət tərəfindən rədd edilərək, özünə qapanır.
Ancaq böyüdükcə Yuliana başa düşür ki, onun dərisindəki ləkələr heç də əlillik deyil, əksinə onu digərlərindən fərqləndirir.
Model açıqlamalarının birində bildirib ki, zamanla mən öz bədənimi sevməyə başladım. Mən özümü hamıdan gözəl və cazibədar sayıram.
Yussef özü kimi problemli olan insanlara kömək məqsədi ilə sosial mediada paylaşımlarına başlayır. Qısa müddət ərzində Yuliyanın paylaşımları çox insanlar tərəfindən diqqət çəkməyə başlayır.
Hazırda 25 yaşlı Yussef bir çox model agentliklərinin işləmək istədikləri simadır.