Qadin.NET / Bu kişinin beyninin 50 faizi yoxdur

Bu kişinin beyninin 50 faizi yoxdur

Bu kişinin beyninin 50 faizi yoxdur


Moskvada bir kişinin beyinsiz olduğu aşkarlanıb.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərindəki xəstəxanalardan birinə müraciət edən kişini müayinə edən həkimlər dəhşətə gəliblər.

60 yaşlı kişinin parabeyin olduğu aşkarlanıb. Belə ki, onun beyninin 50 faizinin olmadığını görən həkimlər kişidə hər hansı qüsurun olmadığını müəyyənləşdiriblər.

Həmin xəstənin adı mətbuata açıqlanmayıb. Bu isə xəstənin adının mətbuatda çəkilməsini istəməməsi ilə bağlıdır.

Onun adı açıqlanmasa da, universitet bitirdiyi, ailəli olduğu bildirilib. Kişinin dediyinə görə bu yaşına qədər hər hansı problem yaşamayıb.

Məsələ ilə bağlı açıqlama verən nevroloq Marina Anikinanın dediyinə görə bu nadir hadisədir.

23 iyul 2019
GO BACK