Türkiyənin meqastarı Tarkan sosial şəbəkə istifadəçilərindən kömək istəyib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi hər kəsi təbiəti qorumağa səsləyib.
"İnsan olaraq təbiətə, heyvana, ağaca, havaya, suya, ümumiyətlə dünyaya verdiyimiz ziyan o qədər böyükdür ki... Belə davam etsək, 30-40 il sonra bir çox heyvan növlərini itirəcəyik. Meşələri yox olmuş, dəniz və okeanlarda balıqların yox olduğunu görəcəyik. Bunun nəticəsi heç kim üçün parlaq deyil. Açdığımız yaraları bağlamalıyıq" deyə, Tarkan paylaşımında qeyd edib