Birləşmiş Ərəb Əmirliklərində ərinin telefonundakı mesajı oxuyan qadın cərimələnib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, ərinin icazəsi olmadan onun telefonundakı mesajı köçürən qadın üç min dirhəm, təxminən min dollar məbləğində cərimə edilib.
Məlumata görə, qadın ərinin xəyanətindən şübhələndiyi üçün telefona baxmağa qərar verib.
O, mesajı iddiasını sübut etmək üçün köçürdüyünü desə də, bu, cəzadan qaçmaq üçün bəs etməyib.