Rusiyanın Xalq artisti Alla Puqaçova 28 milyon rubl xərcləməsi ilə gündəmə gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, gizli mənbə müğənninin Latviyadan mənzil aldığını açıqlayıb. O, Yurmalanın elit məhləsindəki evinə 400 min avro ödəyib. Bununla da Alla latviyada oturma icazəsi alıb. Bundan əvvəl Puqaçovanın əri Maksim Qalkin və övladları ilə birlikdə Avropa pasportu aldığı deyilmişdi.