Bakı bazarlarına xeyli pomidor gətiriləcək.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbərliyi və mütəxəssisləri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirakı ilə Xaçmaz və Lənkəran rayonlarının tərəvəz sahələrində növbəti monitorinq aparılıb.
Monitorinq iştirakçıları bir neçə tərəvəzçilik təsərrüfatlarında olub, tərəvəz, xüsusi ilə pomidor sahələrinə baxış keçiriblər. Baxış zamanı sahələrdə xəstəlik və zərərvericilərlə sirayətlənmə halları müşahidə edilməyib. Fermer və sahibkarlara müvafiq məsləhət və tövsiyələr verilib.
Monitorinqlərin nəticəsinə əsasən, Xaçmaz rayonundakı sahələrdən bol pomidor məhsulunun istehsalı gözlənilir. Hazırda pomidor məhsulları yetişmə fazasındadır. Növbəti həftələrdə Bakı şəhərinin bazarlarına bol məhsulun çıxarılması gözlənilir.
Qeyd edək ki, Xacmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun "Lajen”, "Sultan”, "Vətən” və "Sevimli” sortları becərilir. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür