Bir neçə il əvvəl “Kainat Gözəli” seçilən amerikalı model Olivia Kalpo “Sports llustrated” jurnalı üçün çimərlik geyimlərində poza verib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 27 yaşlı məşhur model bədəninin ideal formada qalmasının sirrini paylaşıb.
O bildirib ki, həftədə bir neçə dəfə idmanla məşğul olur: “Günümə fıstıq əzməsi yeyərək və qəhvə içərək başlayıram. Hər gün pilates məşqləri, həftədə bir neçə gün də kikboksla məşğul oluram”.