Qadin.NET / Demet Akalına hücüm etdilər-FOTO

Demet Akalına hücüm etdilər-FOTO

Demet Akalına hücüm etdilər-FOTO


Məşhur türk müğənnisi Demet Akalına hücüm etdilər.

Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Demet Akalın Bodrumda hücüma məruz qalıb. Tıxacda qalan Demet Akalının maşınına arxadakı maşınların sürücüləri hücum edərək, müğənninin maşınını yumruqlamağa başlayıblar. Bu barədə sosial şəbəkədə məlumat verən Demət Akalın üsyan etdi: "Tıxaca sıxışdırdığınız qadınlar sizlərdən daha dəliqanlıdırlar! Əlbətt bir gün səni tapacam. Mənə yol terrorunu yaşadını tapacam. Maşının son nömrəsini görə bilmədim. Şikayət etdim. Yol polisi səni tapar! Yazıq! Hələ maşında qadın uşaq var dedim "Hadi be!" dedi. Mənim Demet Akalın olmağım vacib deyil, maşında qızım vardı. Bu nə hündərdir? Hər hansı bir yol hərəkət qaydasını pozmuş olsam yenə başa düşərdim. Ancaq belə axmaqlıq olar? Onsuz da məni görəndə şok oldu. Ancaq bu dəfə bu işi sonuna qədər izləyəcəm!"

Qeyd edək ki, Demet Akalının Hira adlı 5 yaşlı qızı var. 

20 iyul 2019
GO BACK