Türkiyəli sənətçi İrem Derici İnstaqram hesabında sosial şəbəkə izləyicilərini tənqid edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o da həmkarı Demet Akalın kimi son günlərin trendinə çevrilən qocaltma proqramına öz etirazını bildirib.
“Ana səhifə qocalar evinə döndü. Qocaltma proqramını çıxaran qardaş, bilmirsən ki, biz hər işin suyunu çıxarırıq” deyə, İ.Derici söyləyib