ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Günəşin bu günə qədər ən ləkəsiz halının fotosunu yayımlayıb.
Qadin.Net teleqraf-a istinadən bildirir ki,foto NASA-nın Beynəlxalq Kosmos Stansiyası (ISS) ilə Günəşin üz-üzə qaldığı vaxt çəkildiyi bildirilib.
Fotoqraf Rayn Kolakurciyo tərəfindən çəkilən foto haqda NASA-dan verilən açıqlama belə olub:
"Günəşlə üz-üzə qalmaq ISS üçün qeyri-adi bir vəziyyətdir. Qarşılaşma sırasında isə doğru bir mövqeni seçib belə bir fotonu çəkmək də nadir hallardan biridir. Qəribədir, bu fotonu çəkərkən Günəşin üzərində heç bir ləkə yox idi".