Qadin.NET / Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO

Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO



Avstraliyada 50 il bundan qabaq okeana atılmış məktub tapılıb.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, məktubun qoyulduğu şüşə butulka Eyr yarımadası sahillərində kənara çıxıb.

Atası ilə birlikdə balıq ovuna çıxmış doqquz yaşlı Cia Elliot məktubu oxumaq üçün şüşəni qırmalı olub. Keçmiş zamandan gələn məktubda isə belə yazılıb: “Mənim adım Pol Gilmordur. 13 yaşım var. İngiltərədən Avstraliyanın Melburn şəhərinə yola düşmüşük”.

Bəlli olub ki, məktub 1969-cu ildə İngiltərədən Avstraliyaya miqrant daşıyan bir gəmidə olan uşaq tərəfindən göndərilib.

Artıq Elliot ailəsi hazırda 63 yaşında olması ehtimal edilən məktubun sahibini axtarmağa başlayıb.

Bunun üçün onlar jurnalistlərin və sosial şəbəkələrin köməyindən yararlanırlar.

Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO

Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO


18 iyul 2019
GO BACK