Qadin.NET / Avropa Kosmik Agentliyi ilə Barbie birgə layihəyə start verdi

Avropa Kosmik Agentliyi ilə Barbie birgə layihəyə start verdi

Avropa Kosmik Agentliyi ilə Barbie birgə layihəyə start verdi


Avropa Kosmik Agentliyi qızları astronavt olmağa təşviq etmək üçün Barbie ilə əməkdaşlıq edir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, daha çox qızı astronavt, mühəndis və kosmik alim olmağa təşviq etmək ümidi ilə Avropa Kosmik Agentliyi ilə Barbie qüvvələrini birləşdirdi.

Məqsəd bu gözlənilməz əməkdaşlıq Avropada fəaliyyət göstərən yeganə qadın astronavt Samantha Cristoforetti-nin nailiyyətlərini əks etdirməkdir.

Barbie-nin Avropa Marketinq Direktoru Isabel Ferrer bildirir ki, " ESA ilə bu əməkdaşlığımıza ali məqsədə çatmaq üçün başlamağımızdan qürur duyuruq: qızları yeni nəsil astronavt, mühəndis və kosmik alim olmaq üçün ilhamlandırmaq."

Barbie həmişə qızlara gələcəkdə ola biləcəkləri simaları göstərib. Bununla da onlara oyun vasitəsilə müxtəlif vəzifələrdə özlərini canlandırmağa, təxəyyül və özünü ifadə bacarıqlarını inkişaf etdirməyə təşviq edən sayısız-hesabsız obrazlarla oyuncaqlar istehsdal edib.

"Bu obrazların qızların inkişafındakı rolunun vacibliyini bilirik və bu yeni ESA əməkdaşlığı bu layihəni yeni bir süəviyyəyə - astronomik səviyyəyə aparmağa kömək edəcək."

Qeyd edək ki, İngiltərə, Almaniya, Fransa və İtaliyada, həmçinin, Barbie YouTube blogerkanalında tanıtım və motivasiya yönümlü videolar yayımlanacaq.

ESA üçün Fərqlilik departamentinin rəhbəri Ersilia Vaudo-Scarpetta deyir: "Avropa Kosmik Agentliyi qızların STEM mövzularında və xüsusilə kosmik karyeralarına maraqlarının artırılmasında qətiyyətlə məşğul olur, çünki biz gələcəyi kosmosda qurmaq və imkanları artıqrmaq üçün müxtəlif qabiliyyətlərə ehtiyac duyuruq."

18 iyul 2019
GO BACK