"Bir İstanbul masalı" serialında canlandırdığı "Çiçək" obrazı, "Seksenler"də "Nazlı" obrazı ilə ulduzu parıldayan aktrisa Yasemin Çonkanın oğlunu görənlər heyrətlərini gizlədə bilmirlər.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa 1995-ci ildə elektrik mühəndisi Tahir Çonka ilə ailə qurub, 1997-ci ildə oğlu Sarp dünyaya gəlib.
O, 22 yaşlı Sarp ilə fotolarını tez-tez instaqram hesabında paylaşır. Oğlunun yanında olduqca gənc görünən 47 yaşlı aktrisanın cavan qalması hər kəs tərəfindən marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri ana-oğulun fotolarını şərh edərək onların bacı-qardaş kimi göründüklərini qeyd ediblər.