Böyük Britaniya cərrahları siam əkizləri üzərində uğurlu əməliyyat aparıblar.
Qadin.Net xarici mətbuata xəbər verir ki, əməliyyat çoxmərhələli şəkildə keçirilib və ümumilikdə 50 saat davam edib.
Əməliyyatda tibbin müxtəlif sahələrindən 100-ə yaxın mütəxəssis iştirak edib.
Əməliyyat olunanlar isə Pakistanın Çarsad şəhərindən olan 2 yaşlı Səfa və Mərva bacılarıdır. Onların başları bir-birinə bitişik olub.
Bacıların üzərində ilk əməliyyat ötən ilin sonundan başlayıb.