Türkiyənin dünyaca məşhur qəssabı Nüsret yenidən gündəmə gəlib.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, o sosial şəbəkədə tək daşlı üzüyü ətə yerləşdirib "O hə dedi" cümləsini paylaşıb. Bu paylaşımdan sonra izləyicilər qəssabın evlənəcəyini düşünüblər. Çoxsaylı rəylərə baxmayaraq Nüsret heç bir açıqlama verməyib.