Türkiyənin məşhur seriallarından biri olan “Sihirli annem” film kimi yenidən çəkiləcək.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə ekran işinin uşaq aktrisaları Cennifer Boyner və Gizem Güven məlumat verib. Onlar bildirib ki, eyniadlı filmdə rol alacaqlar. Qeyd edək ki, serial 2003-2012-ci illər arasında yayımlanıb.