Dünən Los-Anceles şəhərində "Sürətli və qəzəbli" filminin premyerası keçirilib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, filmin baş rol ifaçısı Ceyson Stethem tədbirə nişanlısı Rozi Hantinqton Uitli ilə gəlib. Gözəl model ağ libası ilə diqqət mərkəzində olub.
51 yaşlı aktyor gecəyə qara kostyumda gəlib. Onun 32 yaşlı nişanlısı isə ağ libasda olub. Rozi ilk olaraq "Transformers 3" filminə çəkilib. Bundan sonra isə Nyu-Yorka köçüb. 2010-cu ildən bu yana Ceysonla görüşən gözəl model 2017-ci ildə Cek Oskar Stethem adlı oğlunu dünyaya gətirib.