Qadin.NET / 10 Yaşlı Uşaq Rekord Vurdu-FOTO

10 Yaşlı Uşaq Rekord Vurdu-FOTO

10 Yaşlı Uşaq Rekord Vurdu-FOTO


Rusiyanın Yekaterinburq şəhər sakini Karolina Çörnıx paraşütlə tullanan ən gənc ekstremalçı kimi Rusiyanın Rekordlar Kitabına düşüb.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, 10 yaşlı qız təlimatçı ilə bərabər 2,5 min metr hündürlükdən tullanıb.

"Mənə, ümumiyyətlə, qorxulu deyildi! Üçə qədər sayıb tullanmaq lazım idi, amma biz artıq "iki" deyəndə tullandıq! Mən hətta gülürdüm, bizi kamera çəkirdi. İndi 4000 metrdən tullanmaq istəyirəm", - gənc rekordçu bildirib.

Qızın anası Yelenanın sözlərinə görə, paraşütlə tullanma Karolinan arzusu idi. Ana qeyd edib ki, qızı indi Elbrus zirvəsini (5642 m) fəth etmək istəyir və artıq məşqlərə başlayıb.

10 Yaşlı Uşaq Rekord Vurdu-FOTO


14 iyul 2019
GO BACK