Amerikalı aktrisa Stefani Niznik Kaliforniya ştatının Ensino şəhərində vəfat edib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bununla bağlı "Fox News" məlumat yayıb.
52 yaşlı aktrisanın ölümünün səbəbləri açıqlanmır.
Niznik "Ulduz yolu" (ing. "Startrek" - red.) filmində Perim rolunu ifa edib.
Aktrisa, həmçinin "Dulun sevgisi" dramatik serialdakı Braunlar ailəsinin qonşusu Nina Fini rolu ilə də tanınıb.