Türkiyənin mə.hur turizm bölgələrindən olan İzmirin Çeşmə rayonunda bir nəfər də olsun ürək həkiminin olmaması ilə bağlı iddia səsləndirilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində çıxış edən millət vəkili Mehmet Ali Çelebi yay aylarında minlərlə turistin gəldiyi və əhalisinin sayı 1 milyona çatan şəhərdə kardioloqun olmadığını deyib. O, Türkiyə Səhiyyə Nazirliyinin hələ də şəhərə kardioloq təyin etmədiyini və baş verən bütün ürək problemləri ilə bağlı böyük riskin olduğunu bildirib